Zaqatalada fərdi yaşayış evində yanğın olub

 Zaqatalada fərdi yaşayış evində yanğın olub
# 26 dekabr 2021 07:35 (UTC +04:00)

Hadisə saat 05 radələrində rayonun Aşağı Çardaqlar kəndində baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, kənd sakini Niyazi Hacıməhəmməd oğlu Qebedova məxsus, ümumi sahəsi 240 kv/m olan ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib. Yanğın nəticəsində evin ikinci mərtəbəsindəki otaqlardan birinin tavan hissəsi 20 kv/m sahədə və həmin hissənin dam örtüyü yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR