Bakı və Abşeronda dumanlı hava müşahidə olunur

Bakı və Abşeronda dumanlı hava müşahidə olunur
# 06 mart 2023 15:01 (UTC +04:00)

Hazırda Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur.

APA xəbərinə görə, Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir.

“Yer səthində gündüz saatlarında havanın temperaturunun yüksək olması nəticəsində atmosferin aşağı qatlarında olan isti hava axını yuxarıya doğru hərəkət edir. Eyni zamanda, cənub-şərq istiqamətli külək dənizdən rütubətli hava kütlələrinin sahilə doğru hərəkətini şərtləndirir. Bu da dumanın əmələ gəlməsinə səbəb olur”.

G.Məmmədovanın sözlərinə görə, Bakı, Sumqayıt, Neft daşları və Çilov adasında duman müşahidə olunur. Hazırda bu ərazilərdə görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

“Martın 6-sı axşam saatlarından şimal-qərb küləyinin güclənməsi dumanın dağılmasına səbəb olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR