Şuşa və Laçının hava şəraiti açıqlanıb

Şuşa və Laçının hava şəraiti açıqlanıb
# 20 dekabr 2022 11:28 (UTC +04:00)

Şuşa, Kəlbəcər və Laçında hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, dekabrın 21-i səhərədək hava şəraitinin yağıntılı olacağı, arabir qar yağacağı, bəzi ərazilərdə intensivləşəcəyi, qərb küləyinin arabir 15-18 m/s-dək güclənəcəyi, çovğun, duman olacağı gözlənilir.
Havanın temperaturu gecə 10-15° şaxta, gündüz 5-8° şaxta olacaq.

Dekabrın 21-i gündüz, 22-də havanın əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Dekabrın 20-də arabir qar yağacağı gözlənilir. Bəzi ərazilərdə intensivləşəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Qərb küləyi 5-10 m/s, bəzi yerlərdə arabir 15-18 m/s-dək güclənəcək. Havanın temperaturu gündüz 3-7° şaxta, axşam 9°-dək şaxta olacaq.

Dekabrın 21-də arabir qar yağacağı, gündüz tədricən kəsiləcəyi, axşama doğru əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi 3-8 m/s təşkil edəcək. Havanın temperaturu gecə 10-15° şaxta, gündüz 3-8° şaxta olacaq.

Dekabrın 22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Zəif qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq. Yollar buz bağlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR