Yavər Camalov Çexiya baş nazirinin müavini və müdafiə naziri ilə görüşüb

Yavər Camalov Çexiya baş nazirinin müavini və müdafiə naziri ilə görüşüb
# 02 oktyabr 2009 10:57 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Çexiya baş nazirinin müavini, müdafiə naziri Martin Bartakın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qonaqlara nazirliyin fəaliyyəti haqqında danışan Y. Camalov ölkələr arasında müxtəlif sahələrdə mövcud olan əməkdaşlığı yüksək qiymətləndirib. M. Bartak isə yaxın gələcəkdə mövcud əməkdaşlıq sahələri sırasına müdafiə sənayesi sahəsinin də daxil olacağına ümidvar olduğunu bildirib.

Görüşdə tərəfləri maraqlandıran məsələlərlə bağlı müzakirələr aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR