Zaqatalada Azərbaycan Daxili Qoşunlarının yeni hərbi şəhərciyi istifadəyə veriləcək

Zaqatalada Azərbaycan Daxili Qoşunlarının yeni hərbi şəhərciyi istifadəyə veriləcək
# 02 dekabr 2009 11:16 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Dekabrın 3-də Zaqatala rayonunda Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) yeni hərbi şəhərciyi istifadəyə veriləcək. Bu barədə APA-ya Daxili Qoşunlar Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib. Bu münasibətlə keçiriləcək mərasimdə daxili işlər naziri Ramil Usubov və DQ komandanı Zakir Həsənovun da iştirakı gözlənilir.

Yeni hərbi şəhərcik 18 aya tikilib. Hərbi şəhərciyə 2 əsgər yataqxanası, qərargah, camaşırxana, yeməkxana, tibb məntəqəsi və s. daxildir. Azərbaycan prezidentinin tapşırığı ilə hərbi hissədə, həmçinin zabitlər üçün 60 mənzilli yaşayış binası da inşa olunub. Burada şəxsi heyətin xidməti-döyüş fəaliyyətinin təşkili üçün hər cür şərait yaradılıb.

Qeyd edək ki, Daxili Qoşunların Zaqataladakı hərbi hissəsi indiyədək tarixi Zaqatala qalasında yerləşib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR