“Paramount Group” ən son texnologiyasını nümayiş etdirəcək
17 fevral 2011 16:17 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Cənubi Afrika Respublikasının “Paramount Group” şirkəti fevralın 20-24-də Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçiriləcək İDEX-2011 hərbi sərgisində ən son texnologiyasını nümayiş etdirəcək. Bu barədə APA-ya şirkətin baş ofisindən məlumat verilib.
Şirkət ən son innovasiyalara malik, minaya qarşı qorumalı “Mbombe” adlı döyüş maşınını sərgiləyəcək. Artıq “Mbombe” bir sıra ölkələrin marağını cəlb edib. “Mbombe” ənənəvi V gövdəli minaya davamlı döyüş maşınlarından fərqli olaraq davamlı düz korpusa malikdir. Mühafizəsi də anoloqlarından daha yüksəkdir.
Afrika qitəsinin ən böyük müdafiə şirkətlərindən sayılan “Paramount Group” Yaxın Şərq regionunda böyük potensial olduğunu düşünür. Şirkət hazırda “Boeing” və “Aerobus” üçün qanad komponentlərini istehsal edən “Aerosud” şirkətində əsas paya malikdir.
Qeyd edək ki, “Paramount Group” şirkəti Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ilə əməkdaşlıq edir. Şirkətin lisenziyası əsasında Azərbaycan müəssisəsində “Matador” və “Marauder” tipli minaya qarşı qorumalı nəqliyyat vasitələri istehsal edilir.

Hərbi
Xəzərdə keçirilən "Dalğa-2024" birgə taktiki təlimi başa çatıb - VİDEO
10:01
26 aprel 2024
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib - VİDEO
18:48
25 aprel 2024
Hərbi xidmətə aprel çağırışı yekunlaşır
11:33
25 aprel 2024
Azərbaycan Ordusunda MN rəhbərliyinin iştirakı ilə komanda-qərargah təlimləri keçirilir - VİDEO
10:26
25 aprel 2024