Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının ildönümü münasibətilə Ankarada tədbir keçirilib

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının ildönümü münasibətilə Ankarada tədbir keçirilib
# 26 iyun 2012 00:45 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının Türkiyədəki səfirliyi Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 94-cü ildönümü münasibətilə cari ilin 25 iyun tarixində Ankara şəhərində "Park Hotel" mehmanxanasında geniştərkibli rəsmi qəbul təşkil edib. Bu barədə APA-ya Azərbaycan Respublikasının Türkiyədəki səfirliyindən məlumat verilib.
Tədbirdə, Səfirliyimizin əməkdaşları, Türkiyə Respublikası Hərbi Dəniz Qüvvələri komandanı Admiral Murat Bilgel, Türkiyə Respublikası Jandarma Qüvvələri komandanı Ordu Generalı Bekir Kalyoncu, Türkiyə Respublikası Müdafiə Sənayesi sahəsində fəaliyyət göstərən mühüm şirkətlərin rəhbərləri və təmsilçiləri, Türkiyə Respublikası Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsləri, Türkiyədə hərbi təhsil alan azərbaycanlı zabitlər və kursantlar, Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz və Orta Asiya regionu üzrə Baş Departamentinin Rəhbəri Fatih Ceylan, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, Türkiyə Respublikasının digər dövlət qurumlarının yüksək vəzifəli şəxsləri, diaspor nümayəndələrimiz və çox sayda KİV nümayəndələri iştirak ediblər.
Tədbir zamanı iştirakçılara milli ordumuzun yaranma və inkişaf tarixi ilə bağlı video material nümayiş etdirilib və ziyafət verilib.
Rəsmi qəbulun sonunda tədbir iştirakçılarına İrs jurnalının türk dilində olan buraxılışı İrs-Miras jurnalları təqdim olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR