Ermənilər Azərbaycan Ordusunun mövqelərini növbəti dəfə atəşə tutublar

Ermənilər Azərbaycan Ordusunun mövqelərini növbəti dəfə atəşə tutublar
# 15 oktyabr 2012 06:39 (UTC +04:00)
Bakı – APA. Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində və Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Ağdam rayonunun işğal olunmuş Şıxlar, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR