Azad edilən ərazilərdə daha 91 mina aşkarlanıb

Azad edilən ərazilərdə daha  91 mina aşkarlanıb
# 06 mart 2023 14:41 (UTC +04:00)

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb.

ANAMA-dan APA-ya bildirilib ki, fevralın 27-dən martın 4-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Laçın, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 45 piyada əleyhinə mina, 46 tank əleyhinə mina və 355 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 818 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR