Bank Of Baku

MN: Azərbaycanın Su-25 təyyarələri Türkiyədə təkmilləşdiriləcək, ağıllı bomba və raketlər inteqrasiya ediləcək - FOTO - YENİLƏNİB

MN: Azərbaycanın Su-25 təyyarələri Türkiyədə təkmilləşdiriləcək, ağıllı bomba və raketlər inteqrasiya ediləcək - FOTO  - YENİLƏNİB
# 26 iyul 2023 17:32 (UTC +04:00)

İyulun 26-da Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının TUSAŞ şirkəti arasında “Su-25 modernləşdirmə layihəsi müqaviləsinin imzalanma mərasimi” keçirilib.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, “IDEF - 23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində keçirilən imzalanma mərasimində Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov, Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün və digər rəsmilər iştirak edib.

Müqavilənin imzalanmasında əsas məqsəd Azərbaycan Hərbi Hava Qüvvələrinin istifadəsində olan təyyarələrə Türkiyə istehsalı olan ağıllı bomba və raketlərin inteqrasiyası və onların avionik modernləşdirmə fəaliyyətlərinin həyata keçirilməsidir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın diqqətdə saxladığı layihədə qardaş ölkənin müdafiə sənayesinin daxili, eləcə də milli imkan və vasitələrindən maksimum istifadə edilməsi nəzərdə tutulub.

***

13.15

Azərbaycan Müdafiə Nazirliyi və Türkiyənin “TUSAŞ” şirkəti arasında "Su-25" qırıcılarının modernizasiyasına dair anlaşma imzalanıb.

APA-nın İstanbul müxbiri xəbər verir ki, imzalanma mərasimi İstanbulda keçirilən “IDEF-23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində baş tutub.

Sənədi Azərbaycan müdafiə nazirinin müavini - Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi Aqil Qurbanov və “TUSAŞ” şirkətinin baş meneceri Temel Kotil imzalayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR