Azərbaycan Ordusunda döyüş atışlı taktiki təlim keçirilib - VİDEO

Azərbaycan Ordusunda döyüş atışlı taktiki təlim keçirilib  - VİDEO
# 07 iyun 2022 13:18 (UTC +04:00)

Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına uyğun olaraq Quru Qoşunlarının raket və artilleriya bölmələrinin özüyeriyən haubitsa heyətləri ilə döyüş atışlı taktiki təlim keçirilib.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, təlimin planına əsasən atəş dəstəyi həyata keçirəcək bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılaraq ehtiyat atəş və start mövqelərini tutublar.
Real döyüş şəraitinə uyğun keçirilən təlimdə şərti düşmən hədəflərinin sərrast atəşlə məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR