Bank Of Baku

Azərbaycanlı mühəndislər “Baykar”ın dəstəyi ilə ağıllı pilotsuz sistemlərin inkişafı üzrə çalışır

Azərbaycanlı mühəndislər “Baykar”ın dəstəyi ilə ağıllı pilotsuz sistemlərin inkişafı üzrə çalışır
# 26 iyul 2023 15:32 (UTC +04:00)

“Baykar” şirkəti Azərbaycan tərəfi ilə əməkdaşlığı davam etdirir.

APA-nın Türkiyə müxbiri xəbər verir ki, bu barədə İstanbulda keçirilən “IDEF-23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində jurnalistlərə açıqlamasında “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar bildirib.

O qeyd edib ki, azərbaycanlı mühəndislər “Baykar”ın dəstəyi ilə ağıllı pilotsuz sistemlərinin inkişafı üzrə çalışır.

Selçuk Bayraktar müdafiə nazirinin müavini - Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi Aqil Qurbanov və müdafiə sənayesi nazirinin müavini Vüqar Mustafayev ilə Azərbaycan stendində görüşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR