Komandoların taktiki-xüsusi təlimi keçirilir - VİDEO

Komandoların taktiki-xüsusi təlimi keçirilir - VİDEO
# 16 fevral 2023 10:00 (UTC +04:00)

2023-cü ilin döyüş hazırlığı planına uyğun olaraq Əməliyyat (Komando) bölmələrində taktiki-xüsusi təlim keçirilir.

APA xəbər verir ki, bu barədə MN məlumat yayıb.
Xəbərə görə, ssenariyə uyğun olaraq təyin olunmuş marşrut üzrə hərəkət edən komandolar təxribat törətməyə cəhd edən şərti düşmənin diversiya qrupunun zərərsizləşdirilməsi üzrə tapşırıqları yerinə yetiriblər.
Komandolar əməliyyat rayonunun dərinliyinə sızmaqla düşmənin müvəqqəti sığınacaqlarını müəyyən ediblər. Mühasirəyə alınan şərti düşmənin təxribatının qarşısının alınması üzrə fəaliyyətlər uğurla icra edilib.
Keçirilən təlimdə əsas məqsəd şəxsi heyətin taktiki vərdişlərinin təkmilləşdirilməsi, atıcı silahlardan istifadə bacarıqlarının artırılması, eləcə də Əməliyyat (Komando) bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR