MN: 5 gün döyüş sursatları utilizasiya ediləcək

MN: 5 gün döyüş sursatları utilizasiya ediləcək
# 20 iyun 2022 10:25 (UTC +04:00)

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatan və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam edir.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, döyüş sursatlarının utilizasiyası prosesi iyunun 20-dən 25-ə qədər Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Ümumqoşun təlim poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR