MN: Azərbaycan Ordusunun guya Gegarkunikdə Rusiyanın hərbi obyektinə atəş açması ilə bağlı məlumat yalandır

MN: Azərbaycan Ordusunun guya Gegarkunikdə Rusiyanın hərbi obyektinə atəş açması ilə bağlı məlumat yalandır
# 14 sentyabr 2022 17:01 (UTC +04:00)

Ermənistan tərəfinin Azərbaycan Ordusunun bölmələrinin guya Gegarkunik vilayətində yerləşən Rusiya Silahlı Qüvvələrinin hərbi obyektinə və avtomobil texnikasına atəş açması ilə bağlı yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib.

"Bu cür məlumatı yaymaqla Ermənistan tərəfi Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatlara beynəlxalq don geyindirmək və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını öz çirkin əməllərinə alət etmək məqsədi güdür. Bir daha bildiririk ki, Azərbaycan Ordusu genişmiqyaslı təxribatların qarşısını almaq məqsədilə yalnız Ermənistan silahlı qüvvələrinin legitim hərbi hədəflərinə qarşı cavab tədbirləri görür", - qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR