MN hərbi xidmətə təkrarən qayıtma iddiası ilə çıxış edən şəxsə cavab verib

Müdafiə Nazirliyi

© APA | Müdafiə Nazirliyi

# 01 avqust 2022 14:31 (UTC +04:00)

Müdafiə Nazirliyi həqiqi hərbi xidmətə təkrarən qayıtma iddiası ilə çıxış edən vətəndaş Şahverdiyev Nemət Vəli oğlu ilə bağlı müraciətə cavab verib.

MN-dən APA-ya daxil olan məlumatda bildirilib: “Ehtiyatda olan baş leytenant Şahverdiyev Nemət Vəli oğlu 07 avqust 2016-cı ildən 13 iyul 2020-ci ilədək Azərbaycan Ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.

Hərbi xidmətdə olduğu dövrdə Müdafiə Nazirliyinin rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd olaraq N.Şahverdiyev xidmət zamanı smartfon tipli telefondan istifadə edib və hərbi hissənin ərazisində hərbi texnikanı, eləcə də hərbi qulluqçuları əks etdirən foto-video görüntülər çəkərək öz şəxsi sosial şəbəkə hesablarında paylaşıb. Bununla bağlı hərbi hissə komandanlığı tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq N.Şahverdiyev nizamnaməyə zidd hərəkətlərini davam etdirib.

"Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən N.Şahverdiyev 13 iyul 2020-ci ildə ehtiyata buraxılıb.

Vətəndaş N.Şahverdiyevin Müdafiə Nazirliyinə ünvanladığı ərizələrinə baxılaraq ona rəsmi qaydada dəfələrlə cavab verilmişdir.

Onun yenidən həqiqi hərbi xidmətə qəbul olunması ilə bağlı müvafiq xüsusi yoxlama tədbirləri həyata keçirildikdən sonra N.Şahverdiyevin ordu sıralarına qayıtması məqsədəuyğun hesab edilməyib.

Bir daha bildiririk ki, vətəndaş N.Şahverdiyev xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə onun təkrarən xidmətə qəbul olunması məqsədəuyğun hesab edilməyib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR