MN-in sürücü ixtisası üzrə kursuna qəbul davam edir

Müdafiə Nazirliyi

© APA | Müdafiə Nazirliyi

# 16 mart 2023 11:34 (UTC +04:00)

Azərbaycan Ordusunda sürücü ixtisası üzrə mütəxəssislərin hazırlanması üçün "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"na qəbul prosesi davam edir.

Müdafiə Nazirliyinindən APA-ya verilən xəbərə görə, kursa daxil olmaq arzusunda olan ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər 2023-cü il mart ayının 18-dək Pirəkəşkül qəsəbəsi, Gəncə və Bərdə şəhərlərindəki hərbi hissələrdə fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər.

Qəbul qaydaları barədə bu linkə (https://mod.gov.az/az/news/mudafie-nazirliyi-surucu-ixtisasi-uzre-kursa-qebul-elan-edir-46948.html) keçid edərək ətraflı məlumat əldə edə bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR