MN: Seyfəli poliqonunda silahların utilizasiyası həyata keçiriləcək

MN: Seyfəli poliqonunda silahların utilizasiyası həyata keçiriləcək
# 07 iyun 2022 21:00 (UTC +04:00)

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilir ki, döyüş sursatlarının utilizasiya prosesi iyunun 8-dən 11-dək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR