Nazir döyüşə hazırolmanın yüksək səviyyədə saxlanmasına dair tapşırıqlar verib

Zakir Həsənov

© APA | Zakir Həsənov

# 10 sentyabr 2022 10:21 (UTC +04:00)

Müdafiə naziri şəxsi heyətin peşəkarlığına və qoşunların döyüş hazırlığına diqqət yetirilməsinə, təlimlərin və səhra məşğələlərinin intensivliyinin artırılmasına, eləcə də bölmələrin döyüşə hazırolma səviyyəsinin yüksək səviyyədə saxlanmasına dair tapşırıqlar verib.

APA xəbər verir ki, döyüş növbətçiliyi, eləcə də gündəlik xidməti fəaliyyət zamanı təhlükəsizlik qaydalarına ciddi əməl edilməsinin şəxsi heyətin sağlamlığının qorunmasında mühüm rol oynadığını bir daha xatırladan nazir hərbi qulluqçulara bu qaydaların müntəzəm olaraq çatdırılmasını, həmçinin riayət olunmasına daim nəzarət edilməsini tapşırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR