Səccad Kərim: Azad edilmiş ərazilərdəki quruculuq işləri bütövlükdə region üçün faydalıdır

Səccad Kərim: Azad edilmiş ərazilərdəki quruculuq işləri bütövlükdə region üçün faydalıdır
# 25 may 2023 17:03 (UTC +04:00)

Artıq ikinci dəfədir ki, ANAMA-nın təşkil etdiyi konfransda iştirak edirəm. İlk dəfə iştirak edəndə mina təmizlənməsi ilə bağlı işlər ilkin mərhələdə idi, ancaq indi görürəm ki, bu ərazilərdə mina təmizləməsi ilə bağlı çox əhəmiyyətli işlər görülüb.

Bu barədə Ağdamda keçirilən II Beynəlxalq mina fəaliyyəti konfransında iştirak edən “Haider Global BVBA”nın icraçı direktoru Səccad Kərim APA-ya bildirib.

“Bu çox vacib işdir, çünki mina təmizlənməsi həyata keçirilməsə azad olunmuş ərazilərdə heç bir inkişaf-quruculuq mümkün olmayacaq. Prezident Əliyev hər zaman yalnız azad olunmuş ərazilərin deyil, Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqazın inkişafına sadiqliyini vurğulayıb. Siyasi dialoq davam edir və mən şadam ki, doğru istiqamətdə asta ancaq vacib addımlar atılır", - Səccad Kərim deyib.

O bildirib ki, azad edilmiş ərazilərdə mina təmizlənməsi ilə birgə yendiənqurma, quruculuq işləri görülür, hava limanları, dəmir yolu xətləri, yol qovşaqları tikilir ki, bir neçə il əvvəl bütün bunlar təsəvvür etmək mümkün deyildi. "Lakin biz çox qısa zaman kəsiyində bu dinamikanı görürük. Bütün bu addımlar bütövlükdə region üçün faydalıdır, çünki Azərbaycan bu nailiyyətlərin yalnız özü üçün deyil, bütövlükdə regionun inkişafı üçün olduğunu bəyan edib”.

Habil Aslanoğlu

Zümrüd Paşkin

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR