Azərbaycan hərbçiləri Ukraynada keçiriləcək hərbi təlimdə iştirak edəcəklər

Azərbaycan hərbçiləri Ukraynada keçiriləcək hərbi təlimdə iştirak edəcəklər
# 15 yanvar 2013 15:49 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Bu ilin iyulunda Ukraynada keçiriləcək “Rapid Trident-2013” hərbi təliminə hazırlıqla bağlı Lvov şəhərində yerləşən Quru Qoşunları Akademiyasında konfrans keçirilib. APA-nın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, təlimlərdə 15 ölkədən 50 müdafiə qurumunun 1000-yə yaxın təmsilçisi iştirak edəcək.

Ukrayna və ABŞ tərəfindən təşkil olunan təlimlərə Azərbaycan, Polşa, Gürcüstan, Almaniya, Rumıniya, Moldova, Serbiya, Bolqarıstan, Kanada, Norveç və İsveçdən olan hərbçilər qoşulacaqlar.

Bu il ilk dəfə olaraq təlimlərdə Estoniya, Türkiyə və Qazaxıstandan da nümayəndələr iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR