DSX rəisi: “Görülən işlər yaxın müddətdə işğal altındakı sərhədlərimizi tam nəzarətə götürməyə şərait yaradacaq”

DSX rəisi: “Görülən işlər yaxın müddətdə işğal altındakı sərhədlərimizi tam nəzarətə götürməyə şərait yaradacaq”
# 16 noyabr 2012 15:36 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanın İranla dövlət sərhədində sərhəd pozmaların sayında əvvəlki illərlə müqayisədə azalma tendensiyası müşahidə olunur. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev bildirib.

E. Quliyevin sözlərinə görə, sərhəd pozma hallarının minimallaşdırılması və bunun qarşısının alınması üçün mütəmadi olaraq İran tərəfi ilə görüşlər keçirilir və müzakirələr aparılır: «Sərhəd mühafizəsinin təmin olunmasında tək Dövlət Sərhəd Xidmətinin üzərinə iş düşmür. Yerli əhalinin dəstəyi həm şəxsi heyəti ruhlandırır, həm də sərhəd mühafizəsi tətbiqi işini gücləndirir. Eyni zamanda – digər dövlət orqanları Milli Təhlükəsizlik, Daxili İşlər nazirlikləri, Hərbi Prokurorluq da bu işdə bizə ciddi dəstək verir. Bu isə ümumi koordinasiyada çıxış etməyə imkan yaradır. Daxildə əməkdaşlığımız da yüksək səviyyədədir».

E. Quliyev deyib ki, bu gün ölkə prezidentinin tapşırığı altında DSX-də görülən işlər yaxın müddətdə işğal altındakı sərhədlərimizi tam nəzarət altına götürmək şəraitini yaradacaq: «Biz sərhəd mühafizəsinin təşkilinə yeni texnikalar cəlb edirik. Bu proses davam edəcək».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR