Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim keçirilir - VİDEO

Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim

© APA | Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim

# 06 may 2022 16:34 (UTC +04:00)

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün döyüş hazırlığı planına əsasən xüsusi təyinatlı hərbi hissə və bölmələrin taktiki-xüsusi təlimi keçirilir.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, çətin keçidli dağ və qayalıq ərazilərdə xüsusi təyinatlılar ərazi kəşfi, dağ hazırlığı və müxtəlif yerdəyişmələr üzrə fəaliyyətlər yerinə yetirirlər.
Bildirilib ki, taktiki-xüsusi təlimlərin keçirilməsində əsas məqsəd xüsusi təyinatlı hərbi hissə və bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR