Azərbaycan Ordusunun şəhid olan zabiti dəfn olunub - YENİLƏNİB

Azərbaycan Ordusunun şəhid olan zabiti dəfn olunub - YENİLƏNİB
# 13 iyul 2020 16:50 (UTC +04:00)

Azərbaycan Ordusunun şəhid olan zabiti dəfn olunub.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, iyulun 13-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərməsi nəticəsində şəhid olan Azərbaycan Ordusunun baş leytenantı, 1992-ci il təvəllüdlü Mahmudov Rəşad Rəşid oğlu doğulduğu Biləsuvar rayonu Aşağı Cürəli kəndində torpağa tapşırılıb. Dəfn mərasimində Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.

***

saat 15:35

Azərbaycan Ordusunun şəhid olan baş leytenantı Rəşad Mahmudovla vida mərasimi başlayıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, iyulun 13-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərməsi nəticəsində şəhid olan Azərbaycan Ordusunun baş leytenantı, 1992-ci il təvəllüdlü Mahmudov Rəşad Rəşid oğlunun nəşi doğulduğu Biləsuvar rayonu Aşağı Cürəli kəndinə gətirilib. Hazırda şəhidlə vida mərasimi keçirilir. Vida mərasimində Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hərbçilər və rayon ictimaiyyəti iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR