Azərbaycan və Polşa hərbi hüquq ekspertləri arasında görüş keçirilib

Azərbaycan və Polşa hərbi hüquq ekspertləri arasında görüş keçirilib
# 07 dekabr 2019 13:23 (UTC +04:00)

Azərbaycan Respublikası və Polşa Respublikası Müdafiə Nazirlikləri arasında imzalanmış illik hərbi əməkdaşlıq planına əsasən Bakıda iki ölkənin hərbi hüquq üzrə ekspertlərinin işçi görüşü keçirilib.

Müdafiə Nazirliyindən Apa-ya verilən məlumata görə, tədbirdə hüquq xidmətinin təşkili məsələləri, hərbi qanunvericilik və hərbi hüquqşünasların xidməti fəaliyyəti sahəsində qazanılan təcrübəyə dair qarşılıqlı fikir mübadiləsi aparılıb, hərbi qulluqçuların və onların ailə üzvlərinin sosial-hüquqi müdafiəsinin xüsusiyyətləri, eləcə də bir sıra digər məsələlər müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR