Baş katib: “NATO Liviyada Rusiya qüvvələrinin sayının artmasından narahatdır”

Baş katib: “NATO Liviyada Rusiya qüvvələrinin sayının artmasından narahatdır”
# 23 iyun 2020 17:22 (UTC +04:00)

NATO-ya üzv dövlətlər arasında Liviyadakı vəziyyətlə bağlı fikir ayrılıqları var. Lakin eyni zamanda, NATO-ya üzv dövlətlər Liviyada Rusiya qüvvələrinin sayının artmasından narahatdır”.

APA-nın xəbərinə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüssel forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, NATO Liviyada baş verənləri yaxından izləyir.

Y. Stoltenberq bildirib ki, NATO-ya üzv dövlətlər Liviya münaqişəsinin siyasi danışıqlar yolu ilə həllini dəstəkləyir.

NATO-nun baş katibi Rusiyanın qırıcı təyyarələrini və muzdlu döyüşçülərini Liviyaya göndərməsindən narahatlığını ifadə edib.

O vurğulayıb ki, NATO-ya üzv dövlətlər Rusiyanın Liviyada qüvvələrinin sayını artırması ilə bağlı kəşfiyyat məlumatlarını öz aralarında paylaşmaqla bağlı razılığa gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR