MN Tibb Baş İdarəsi: 54 nəfər Türkiyəyə müalicəyə göndərilib, onlardan 4-ü müalicə alaraq geri qayıdıb

MN Tibb Baş İdarəsi: 54 nəfər Türkiyəyə müalicəyə göndərilib, onlardan 4-ü müalicə alaraq geri qayıdıb
# 03 aprel 2021 15:36 (UTC +04:00)

““YAŞAT" Fondunun qazilərin xaricdə, ölkədəki klinikalarda müalicəsini xüsusi qeyd etmək istəyirəm. YAŞAT Fondu Türkiyədən həkimlər dəvət edir”.

APA-nın məlumatına görə, bunu bu gün Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi vəzifəsini icra edən tibb xidməti polkovniki Firuddin Nəbiyev Silahlı Qüvvələrin Baş Klinik Hospitalında hərbi həkimlərin Vətən müharibəsi dövründə və işğaldan azad edilmiş ərazilərdə hazırkı fəaliyyəti ilə bağlı keçirilən brifinqdə bildirib.

O deyib ki, Türkiyədən gələn həkimlərin köməyi ilə "YAŞAT" Fondu qazilərin birinci, ikinci növbədə xaricə müalicəyə göndərilməli olduğunu müəyyənləşdirib: “54 nəfər Türkiyəyə müalicəyə göndərilib, onlardan 4-ü müalicə alaraq geri qayıdıb. Yaxın müddətdə kimlərin xaricdə müalicəyə ehtiyacı varsa, müalicəsi təmin olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR