MN ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında illik fəaliyyət planı imzalanıb

MN ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında illik fəaliyyət planı imzalanıb
# 07 yanvar 2020 19:05 (UTC +04:00)

Müdafiə Nazirliyi (MN) ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında 2020-ci il üçün birgə fəaliyyət planı imzalanıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, sənədə əsasən keçiriləcək tədbirlərin yeri, icra vaxtı, icraya məsul qurumlar və şəxslər müəyyən edilib.
İl ərzində Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində təşkil ediləcək görüşlərdə Azərbaycançılıq ideyası, milli-mənəvi, mədəni dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi, radikal dini cərəyanlar və ekstremizmlə mübarizə, mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında əməkdaşlıq və digər mövzularda tədbirlər keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR