SIPRI: Azərbaycan son illərdə hərbi imkanlarını genişləndirib

SIPRI: Azərbaycan son illərdə hərbi imkanlarını genişləndirib
# 15 mart 2021 12:06 (UTC +04:00)

Azərbaycan son illər ərzində əsas silahların idxalı yolu ilə hərbi imkanlarını genişləndirib.

APA-nın xəbərinə görə, bu barədə məlumat Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) yeni hesabatında dərc olunub.

Bildirilib ki, 2016-2020-ci illərdə Azərbaycan əsas silahların 69%-ni İsraildən, 17 %-ni Rusiyadan idxal edib. Azərbaycanın İsraildən aldığı silahlar, əsasən, dronlar, ballistik raketlər, Rusiyadan aldığı silahlar isə artilleriya qurğuları və zirehli texnika olub.

Qeyd olunub ki, 2016-2020-ci illərdə Ermənistanın silah idxalının 94%-i Rusiyanın payına düşüb.

Ermənistan Rusiyadan əsasən döyüş təyyarələri, artilleriya qurğuları, ballistik raketlər, hava hücumundan müdafiə sistemləri alıb.

Azərbaycan 2016-2020-ci illərdə Ermənistandan 2,5 faiz çox silah-sursat idxal edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR