Bank Of Baku

ANAMA sədri: Daşqınlar zamanı təmizlənmiş ərazilərin yenidən minalarla çirklənməsi halları olub

ANAMA sədri: Daşqınlar zamanı təmizlənmiş ərazilərin yenidən minalarla çirklənməsi halları olub
# 08 sentyabr 2026 11:53 (UTC +04:00)

Daşqınlar zamanı təmizlənmiş ərazilərin yenidən minalarla çirklənməsi halları olub.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsində (CW4) jurnalistlərə açıqlamasında deyib.

O, daşqınlar və sellər zamanı minalardan təmizlənmiş ərazilərin yenidən minalarla çirklənməsi hallarının müşahidə olunduğunu deyib.

“Bizim fəaliyyətin spesifikasını nəzərə alaraq, yağışlı günlərdə təhlükəsizlik səbəbindən işləyə bilmirik. Son zamanlar, son illərdə yağışların artması sözsüz ki, bizim fəaliyyətimizə öz mənfi təsirini göstərir”, - Vüqar Süleymanov qeyd edib.

O bildirib ki, daşqınlar və sellər zamanı təmizlənmiş ərazilərin yenidən minalarla çirklənməsi halları bir neçə dəfə müşahidə olunub.

“Daşqınlar zamanı çay suları ilə minalar aşağı ərazilərə gəlir. Sözsüz ki, bu, bizim üçün bir həyəcan təbilidir. Biz artıq bu məsələlərə diqqət yetiririk və daşqınlardan və sellərdən sonra əraziləri əlavə olaraq təftiş edirik”, - ANAMA sədri vurğulayıb.

Onun sözlərinə görə, 2020-ci ilin noyabrından bu günə qədər ölkədə 300 min hektardan çox ərazi minalardan və partlamış hərbi sursatlardan təmizlənib.

“Bu təmizləmə əməliyyatları nəticəsində 262 minə yaxın mina və partlamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib”, - Vüqar Süleymanov əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR