Səfir: “Britaniya azad edilmiş ərazilərin minalardan təmizlənməsində Azərbaycana köməklik göstərə bilər”

Səfir: “Britaniya azad edilmiş ərazilərin minalardan təmizlənməsində Azərbaycana köməklik göstərə bilər”
# 22 yanvar 2021 15:53 (UTC +04:00)

Yanvarın 22-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp ilə görüşüb.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, səfir Azərbaycan-Böyük Britaniya əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini bundan sonra da əsirgəməyəcəyini bildirib.

Onun sözlərinə görə, ikitərəfli əməkdaşlıq çərçivəsində Böyük Britaniya azad edilmiş ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərində Azərbaycana köməklik göstərə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR