Şəhid Elçin Mustafazadə dəfn olunub

Şəhid Elçin Mustafazadə dəfn olunub
# 14 iyul 2020 15:54 (UTC +04:00)

Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin təxribatı nəticəsində şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Elçin Mustafazadə dəfn olunub.

APA-nın yerli bürosunun məlumatına görə, şəhid doğulduğu Ağstafa rayonunun Həsənsu kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri, yerli sakinlər, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon icra hakimiyyətinin nümayəndələri iştirak edib.

Qeyd edək ki, iyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər gedib. Döyüşlərdə hər iki tərəf itki verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR