Zakir Həsənov Çində bir sıra görüşlər keçirib

Zakir Həsənov Çində bir sıra görüşlər keçirib
# 21 oktyabr 2019 10:08 (UTC +04:00)

Çin Xalq Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Pekində keçirilən IX Syanşan Forumunda iştirak edib.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində Müdafiə naziri həmçinin Çinin müdafiə sənayesi kompleksinə daxil olan “Poly Technologies” və “CETC International” şirkətlərinin nümayəndələri ilə görüşüb.

Görüşlərdə Azərbaycan ilə Çin arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR