Azərbaycanın müdafiə xərcləri 20,9 faiz artırılacaq

Azərbaycanın müdafiə xərcləri 20,9 faiz artırılacaq
# 18 oktyabr 2019 16:51 (UTC +04:00)

Gələn il üçün Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri üçün 3 milyard 853 milyon 600 min manat vəsait ayrılacaq.

APA-nın məlumatına görə, bu, Maliyyə Nazirliyinin təqdim etdiyi 2020-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb.

Layihəyə əsasən, bu, 2019-cu illə müqayisədə 20,9 faiz, yaxud 666 milyon manat çoxdur.

Bu il dövlət büdcəsində müdafiə xərcləri 3 milyard 187 milyon 600 min manat nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR