Bakıda “Eternity-2019” təlimi keçiriləcək

Bakıda “Eternity-2019” təlimi keçiriləcək
# 27 avqust 2019 10:33 (UTC +04:00)

Sentyabrın 2-də Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2019” kompüter dəstəkli komanda-qərargah təlimi başlayır.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində və səhra şəraitində keçiriləcək nəzəri və praktiki hissədən ibarət olan təlimdə üç ölkənin hərbi bölmələri və aidiyyəti dövlət qurumlarının nümayəndələri regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqları icra edəcəklər.

Təlim sentyabrın 6-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR