Əlahiddə Ümumqoşun Orduda tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı məşğələləri keçirilib. Məşğələlərdə zabitlərin döyüş hazırlığı üzrə nəzəri bilikləri və praktiki vərdişləri yoxlanılıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əsas məqsəd zabitlərin əməliyyatı planlama vərdiş və səriştələrinin real tapşırıqlara uyğun təkmilləşdirilməsi, fərdi bacarıq və peşəkarlıq səviyyələrinin artırılması, yeni normativlər üzrə imtahanların qəbulu metodikasının işlənilməsi olub.