MDB Müdafiə nazirləri radioaktiv, kimyəvi və bioloji mühitin vahid idarəetməsinə dair istiqamətləri təsdiq ediblər

MDB Müdafiə nazirləri radioaktiv, kimyəvi və bioloji mühitin vahid idarəetməsinə dair istiqamətləri təsdiq ediblər
# 30 oktyabr 2019 13:00 (UTC +04:00)

MDB Müdafiə Nazirləri radioaktiv, kimyəvi və bioloji mühitin vahid nəzarət və qiymətləndirmə sisteminin 2025-ci ilədək istiqamətlərini təsdiq ediblər.

APA-nın məlumatına görə, qeyd olunan məsələyə Bakıda keçirilən MDB-yə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının 77-ci iclasına baxılıb.

İclas çərçivəsində MDB ölkələrinin qoşunlarının topogeodeziya, naviqasiya və metroloji hazırlığının inkişafına dair məsələlərə toxunulub.

Vahid havadan müdafiə sisteminin planlı inkişafı üçün MDB nazirlər şurası gələn ilə olan birgə kompleks tədbirlərin icrasını və zəruri olan maliyyə aspektlərini təsdiqləyiblər. Gələn ilə olan zəruri tədbirlərdən biri də "Regional təhlükəsizlik - 2020" adlı havadan müdafiə və birgə qüvvələrin hərbi heyyətin birgə kompüter təlimlərin təşkilidir.

Müdafiə idarələrinin rəhbərləri Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının hərbi akademiyasına Birlik ölkələrinin müdafiə şöbələri üçün zabitlərin operativ və strateji hazırlığı sahəsində MDB üzvü olan dövlətlərin əsas təşkilatı statusu verilməsi təklifini dəstəkləyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR