Yeni texnologiyalar və dəyişən dünya - TƏHLİL

Yeni texnologiyalar və dəyişən dünya - TƏHLİL
  • Clock-gray 14:15
  • calendar-gray 19 İyul 2019

Türkiyədə yaşayan bir tanışımın Azərbaycandaykən işlətdiyi "iPhone" telefonu artıq çalışmır, nə zəng edə bilir, nə də zəng qəbul edir. Heç bir "Sim kartı" qəbul etmir. Səbəb isə Türkiyə qanunvericiliyinə görə, ölkəyə daxil olduqdan sonra, 120 gün ərzində telefonun qeydiyyatının rəsmiləşdirilməsidir. Açığı, bunun üçün heç də az olmayan vəsait tələb olunur. Həmin tanışım isə telefondan yalnız wi-fi olan yerlərdə (hansı ki, bir çox yerdə var artıq) istifadə edə bilir. WhatsApp və digər sosial şəbəkələr üzərindən istədiyi şəxslə rahatlıqla əlaqə yarada bilir. 

Xatırlayıram ki, bir neçə il öncə bir dostumla bu mövzunu müzakirə edəndə o demişdi: "Vaxt gələcək mobil operatorlar yalnız data satmaqla məşğul olacaqlar. Yəni artıq dəqiqə satmağa ehtiyac qalmayacaq. Fikrimcə, artıq bu dövrə gəlib çatmışıq (hətta bu mərhələni keçirik artıq). 

Bu gün demək olar ki, hamı smartfonlardan istifadə edir. Əgər bütün dünyada hər yerdə internet verilişini təmin etmək olsaydı, onda telefonlarımızda "Sim kart"a və data paketə ehtiyac qalmayacaq. Dolayısıyla mobil operatorlara da ehtiyac olmayacaq, ya da ki, çox az ehtiyac olacaq. Məsələn, bir zaman hamımızın həvəslə istifadə etdiyimiz "Kodak", "Nokia" alətləri bu gün artıq yoxdur. 

..."SpaceX" və "Tesla" kimi cığır açan yenilikçi şirkətlərin və layihələrin yaradıcısı olan Elon Musk yeni layihəsini təqdim edib. "Starlink" adlı layihənin əsas məqsədi yer kürəsini ən müasir peyklərlə əhatə edib interneti hamı üçün əl çatılan etməkdir. Bu artıq növbəti 2-3 il ərzində tam mümkün olacaq. Buyurun! 

Bir vacib qeyd: tez-tez yaxın 10-15 ildə bir çoxumuzun işsiz qalacağımız, artıq işlədiyimiz sahələrə ehtiyac olmayacağı ilə bağlı fikirlər səsləndirilir. Bəli, artıq o dövrə gəlib çatırıq. Ənənəvi peşələrin bir çoxu yaxın gələcəkdə mövcud olmayacaq. Bir çox işlər artıq avtomatlaşdırılıb və bu proses bütün dünyada sürətlə gedir, süni intellekt peşə məzmununu dəyişir.  

Məncə, pessimist olmağa dəyməz. Burda əsas olan özümüzü daha da inkişaf elətdirmək, güclü bir tranzisiya (change) prosesinə başlamaqdır. Eyni zamanda statistika göstərir ki, avtomatlaşdırma prosesinin sürətli getdiyi inkişaf etmiş ölkələrdə işsizlik səviyyəsi artmaq əvəzinə aşağı düşür. Buna səbəb isə yeni texnologiyanın yeni iş yerləri və sahələr yaratmasıdır. Yəni gələcəkdə innovativliyə, yaradıcılığa və insani keyfiyyətlərə daha da çox önəm veriləcək. Əl əməyi isə getdikcə sıradan çıxır...

 

Allahverdi Bağırov

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date