Zaqatala Tarix-Diyarşünaslıq Muzeyi yeni avadanlıqlarla təchiz edilib

Zaqatala Tarix-Diyarşünaslıq Muzeyi yeni avadanlıqlarla təchiz edilib
# 19 iyun 2008 11:08 (UTC +04:00)
Zaqatala. Hafiz Heydərov-APA. Zaqatala Tarix-Diyarşünaslıq Muzeyi yeni avadanlıqlarla təchiz edilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna məlumat verən muzeyin direktoru Cahangir Soltanovun sözlərinə görə, Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun təşəbbüsü və köməkliyi ilə muzey xüsusi işıq keçirməyən şüşələrdən hazırlanmış kitab rəfləri, eksponatların nümayişi üçün hazırlanmış vitrinlər, kompüterlər, kondisionerlər və başqa ləvazimatlarla təchiz olunub. 1967-ci ildə yaradılmış Zaqatala Tarix-Diyarşünaslıq Muzeyinin Azərbaycanın kənd rayonları arasında ilk muzeylərdən olduğunu vurğulayan C. Soltanov Zaqatala muzeyinin eksponatlarının keçmiş SSRİ vaxtında Moskva, Leninqrad şəhərlərində, habelə Fransa, Portuqaliya və digər xarici ölkələrdə təşkil olunmuş sərgilərdə nümayiş etdirildiyini bildirib. Hazırda Zaqatala muzeyinin əlyazmalar fonduna məxsus səkkiz ədəd qədim kitab Almaniyada keçirilən “Azərbaycan Mədəniyyəti Günləri”ndə nümayiş etdirilmək üçün Berlinə göndərilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR