AzTV Xocalı soyqırımının 28 illiyinə həsr olunmuş bədii film çəkib

AzTV Xocalı soyqırımının 28 illiyinə həsr olunmuş bədii film çəkib
# 20 fevral 2020 16:10 (UTC +04:00)

“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyəti (QSC) Xocalı soyqırımının 28 illiyinə həsr olunmuş bədii film-kompozisiya çəkib.

Qurumdan APA-ya verilən xəbərə görə, fərqli üslubda çəkilən “Xocalı yol gözləyir” adlı film-kompozisiya soyqırımın canlı şahidi olmuş və əsirlikdən qayıtmış şəxslərin nəql etdikləri əsasında lentə alınıb. Filmdəki səhnələr dəhşətli fevral gecəsində yaşananları əks etdirir. Kadrların daha real olması üçün çəkilişlər İsmayıllının bir neçə kəndində mənfi 10 dərəcə temperaturda aparılıb.

Film-kompozisiyada Xocalı soyqırımına həsr olunmuş musiqilər ifa olunub.

Elnarə Xəlilova, Lalə Məmmədova, Ramal, Ayaz, Günay Mehdiyeva, Xalq artisti Sabir Məmmədov və daha onlarla aktyor və aktrisa layihəyə cəlb olunub. “Xocalı yol gözləyir”in ideya müəllifləri və quruluşçu rejissorları Əməkdar incəsənət xadimi Etibar Babayev və Elnur Məmmədov, ssenari müəllifi Afaq Əhmədovadır.

Sözügedən bədii film-kompozisiya fevralın 26-da saat 21:30-da AzTV-də yayımlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR