Bəstəkarlar İttifaqının 85 illiyinə həsr olunmuş Musiqi Festivalı başlayır

Bəstəkarlar İttifaqının 85 illiyinə həsr olunmuş Musiqi Festivalı başlayır
# 25 oktyabr 2019 13:32 (UTC +04:00)

Oktyabrın 25-də Azərbaycan Bəstəkarlar İttifaqının 85 illiyinə həsr olunmuş Musiqi Festivalı başlayıb.

APA-nın məlumatına görə, bu münasibətlə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, mədəniyyət xadimləri Fəxri Xiyabanı ziyarət edərək ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyublar. Sonra iştirakçılar Azərbaycan peşəkar musiqisinin banisi Üzeyir Hacıbəyli və bəstəkar Qara Qarayevin məzarlarını ziyarət ediblər.

Xalq artisti Firəngiz Əlizadə çıxış edərək Üzeyir Hacıbəylinin Azərbaycan mədəniyyətindəki əhəmiyyətindən bəhs edib. Qeyd edək ki, festivalın açılışı bu gün M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında olacaq. Festival oktyabrın 28-də Heydər Əliyev adına Respublika Sarayında təşkil olunan konsert proqramı ilə yekunlaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR