Opera və Balet Teatrında “İl Tabarro” operası nümayiş olunacaq

Opera və Balet Teatrında “İl Tabarro” operası nümayiş olunacaq
# 08 oktyabr 2019 14:21 (UTC +04:00)

Oktyabrın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Puççininin ən populyar əsərlərindən biri “İl Tabarro” operası nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşanın musiqi rəhbəri və dirijoru Korneliya fon Kerssenbrokdur.

Tamaşada əsas rollarda Əməkdar artistlər Afaq Abbasova (Jorjetta), Fərid Əliyev (Luidji), Cahangir Qurbanov (Mikele), Əliəhməd İbrahimov (Tinka), Tural Ağasıyev (Vintitore), solistlər Nina Makarova (Frudjola), Tələt Hüseynov (Talpa) çıxış edəcəklər.

Qeyd edək ki, ilk quruluşu 1918-ci il dekabrın 14-də Nyu-Yorkun Metropoliten-Opera teatrında baş tutan tamaşa Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında 2014-cü ildə almaniyalı rejissor Lüdviq Baumanın təfsirində səhnəyə qoyulub. Tamaşanın musiqi rəhbəri və dirijoru isə Korneliya fon Kerssenbrok olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR