Azərbaycanlı violençel ifaçısı London Kral Musiqi Kollecində çıxış edib

Azərbaycanlı violençel ifaçısı London Kral Musiqi Kollecində çıxış edib
  • Clock-gray 11:50
  • calendar-gray 04 May 2018

Azərbaycanlı violençel ifaçısı, beynəlxalq mükafatlar laureatı Camal Əliyev London Kral Musiqi Kollecində Martin Andrenin konduktorluğundakı orkestrlə birgə Brahamsın “Doule Concerto” əsərini səsləndirib.

 

APA-nın London müxbiri xəbər verir ki, onu skripkada Yume Fujise müşayiət edib.

 

Qeyd edək ki, C. Əliyev 1993-cü ildə Bakıda anadan olub. Türkiyə, Böyük Britaniya, Fransa, İsveçrə, Çin və başqa ölkələrdə bir sıra beynəlxalq festivallarda iştirak edib, solo konsertlər verib. O, 2017-ci ildə “Sir Karl Jenkins Musiqi”  mükafatını qazanıb. C. Əliyev hazırda London Kral Musiqi Kollecində magistr təhsili alır.

 

 

Aytən Abbaslı

Digər xəbərlər

Arxiv

date