Xəyyam Mirzəzadə II Fəxri Xiyabanda dəfn olunacaq

Xəyyam Mirzəzadə II Fəxri Xiyabanda dəfn olunacaq
# 30 iyul 2018 17:56 (UTC +04:00)

Azərbaycanın xalq artisti, bəstəkar Xəyyam Mirzəzadə ilə vida mərasimi sabah Bakı Musiqi Akademiyasında keçiriləcək.

Bu barədə APA-ya Mədəniyyət nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov məlumat verib. O bildirib ki, bəstəkarla vida mərasimi sabah saat 12-dən 14-dək davam edəcək.

Mədəniyyət nazirliyi X.Mirzəzadənin vəfatını böyük itki kimi dəyərləndirib və musiqi ictimaiyyətinə, bəstəkarın doğmalarına baş sağlığı verib.

Qeyd edək ki, X.Mirzəzadə II Fəxri Xiyabanda dəfn olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR