Elxan Qasımova qoyulan diaqnoz açıqlanıb, reanimasiyadadır - YENİLƏNİB

Elxan Qasımova qoyulan diaqnoz açıqlanıb, reanimasiyadadır - YENİLƏNİB
# 11 may 2023 13:49 (UTC +04:00)

Əməkdar artist Elxan Qasımova aorta anevrizmasının partlaması diaqnozu qoyulub.

Bu barədə APA-ya kinorejissorun qızı məlumat verib.

Onun sözlərinə görə, atası əməliyyat edilib, hazırda reanimasiyadadır: “Vəziyyəti stabil ağır olaraq qiymətləndirilir”.

***

10:53

Kinorejissor, aktyor, Əməkdar artist Elxan Qasımov özəl xəstəxanaların birində müalicə alır.

Bu barədə APA-ya kinorejissorun qızı məlumat verib.

O, atasının səhhətinin ağır olduğunu vurğulayıb.

Xatırladaq ki, dünən Mədəniyyət Nazirliyi Əməkdar artistin səhhəti ilə bağlı məsələni nəzarətə götürdüyü barədə məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR