İnteract Film Lab layihəsi başa çatıb - FOTO

İnteract Film Lab layihəsi başa çatıb - FOTO
# 03 oktyabr 2022 16:06 (UTC +04:00)

Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə həyata keçirilən və 5 kino ixtisasını əhatə edən 6 aylıq tədris layihəsi - İnteract Film Lab başa çatıb.

APA xəbər verir ki, layihənin final təqdimatında mədəniyyət naziri Anar Kərimov, “Azərbaycanfilm” kinostudiyasının direktoru Nazim Hüseynov və digər mədəniyyət incəsənət nümayəndələri iştirak edib.

Qeyd olunub ki, layihə may-oktyabr aylarında baş tutub.

Layihədə mentor kimi xarici mütəxəssislər iştirak edib və Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında həyata keçirilib.

Layihənin kommunikasiya meneceri Nəzrin Ağarzayeva layihə haqqında ümumi məlumat verib: "Layihəyə ümumilikdə 150 müraciət olub və onlardan 60-ı iştirak hüququ qazanıb. Dərslər 5 ixtisas istiqamətində 840 saat müddətində həyata keçirilib".

Layihə haqqında ümumi məlumat bitdikdən sonra pitçinq mərhələsi başlayıb və iştirakçılar mükafatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR