Kinorejissor Cəmil Fərəcov vəfat edib

Kinorejissor Cəmil Fərəcov vəfat edib
# 01 avqust 2023 18:59 (UTC +04:00)

Əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Cəmil Fərəcov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Bu barədə APA-ya Azərbaycan Kinematoqrafçılar İttifaqınından məlumat verilib.

Qeyd edək ki, Cəmil Əliqulu oğlu Fərəcov 13 fevral 1946-cı ildə Bakıda anadan olub. 1969-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 1974-cü ildə isə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültələrini bitirib.

1970-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyən kinorejissorun "Arvadım Mənim, Uşaqlarım Mənim" , "Azərbaycan" dünyanı gəzir", "Azərbaycan"da dəniz səyahəti", "Ağır şkaf", "Axırıncı maqın sonu", "Foto həvəskarı", "Kimdir müqəssir?"
və digər onlarla filmdə rejissor kimi imzası var.

Allah rəhmət eləsin!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR