“Titanik”də oynayan aktyor vəfat edib

Devid Uorner

© APA | Devid Uorner

# 25 iyul 2022 18:11 (UTC +04:00)

“Titanik” filmində rol alan Britaniya aktyoru Devid Uorner 80 yaşında vəfat edib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə aktyorun qohumları bildirib.

Qocalar evində qalan aktyor ömrünün son 18 ayını onkoloji xəstəliklə mübarizə aparırmış.

Daha çox mənfi qəhrəmanları canlandıran Uorner 1978-ci ildə ekranlara çıxan “Otuz doqquz addım”, eləcə də “Zamanın quldurları” (1981), “Taxt” (1982) filmlərindən sonra məşhurlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR