Xalq artisti Ənvər Həsənovun səhhəti normallaşıb

Xalq artisti Ənvər Həsənov

© APA | Xalq artisti Ənvər Həsənov

# 15 sentyabr 2022 10:47 (UTC +04:00)

Azərbaycan Xalq artisti, görkəmli kino aktyoru Ənvər Həsənovun vəziyyəti normaldır.

Bu barədə APA-ya aktyorun qızı məlumat verib.

Onun sözlərinə görə, aktyorun MRT müayinəsinin nəticələri qənaətbəxşdir.

“Allaha şükür ki, hematoma çıxmadı. Biz bundan qorxurduq. Sabah həkim müayinəsinə gedəcəyik. Yəqin ki, lazımi müalicəni yazar”, – qızı bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR