“Zaman maşını” filminin aktrisası İvett Mimie vəfat edib

İvett Mimie 

© APA | İvett Mimie 

# 19 yanvar 2022 11:47 (UTC +04:00)

"Zaman maşını" (1960) filmində Uina obrazını canlandıran aktrisa İvett Mimie 81 yaşında vəfat edib.

APA TASS-a istinadən xəbər verir ki, Mimie bazar ertəsindən çərşənbə axşamına keçən gecə Los-Ancelesdəki evində dünyasını dəyişib.

Onun ölüm səbəbi dəqiqləşdirilməyib.

Qeyd edək ki, Mimie "Oğlanların olduğu yerdə", "Zaman maşını", "Meydanda işıq" "Çardaqdakı oyuncaqlar” filmlərində oynadığı rollarla məşhurlaşıb. Aktrisa üç dəfə Qızıl Qlobus Mükafatına namizəd olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR